ABŞ-ın müdafiə naziri Lloyd Ostin İranı Yaxın Şərq regionu üçün əsas təhlükələrdən biri adlandırıb.
Yenisabah.az xəbər verir ki, Pentaqon rəhbəri bunu Manama Dialoqu konfransında Bəhreynin paytaxtında çıxışı zamanı deyib.
"Mən qarşılaşdığımız ən mühüm 4 problemin adını çəkmək istərdim. Bunlar pandemiya, iqlim dəyişikliyi, terrorizm və İrandır". Marqarita pizza
Lloyd Ostin qeyd edib ki, ABŞ İranla nüvə sazişi məsələsini diplomatik yolla həll etməyə çalışır, lakin öz təhlükəsizliyini təmin etmək üçün istənilən addımı atmağa hazırdır.
Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ İranın nüvə silahına malik olmasının qarşısını almağa sadiqdir.
Telegram kanalımız