“4 əsgər ana və qızına təcavüz etdi“ - Şahid danışdı 

saytların hazırlanması

Evə çatdırılma

“4 əsgər ana və qızına təcavüz etdi“ - Şahid danışdı 

Kriminal

21 Noyabr 2022 11:24 1270


Ukraynanın Buça şəhərində cinayət törətməkdə ittiham olunan Rusiyanın 64-cü motoatıcı briqadasının əsgəri Nikita Çibrin cəbhədən qaçaraq şahidi olduğu müharibə dəhşətlərindən danışıb. 

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, Çibrin Andreevkada rus əsgərləri tərəfindən qadınların zorlanması faktını təsdiqləyib.

“Onlar başlarını itirmişdilər. Hərbçilərin çoxu evlərdə spirtli içki tapıb içirdilər. Andreevkada ana və qızın zorlanması hadisəsi olub. Bunu dörd rus hərbçisi etdi. Biri qaçdı, qalanları həmkarları və komandirləri tərəfindən taburetka ilə döyüldü. Onları ümumiyyətlə, güllələmək istəyirdilər”. Marqarita pizza

Nikita Çibrin onu da deyib ki, cəbhə bölgəsinə göndərilməməsi üçün özünü dəliliyə vurub O, ukraynalılara atəş açmamaq üçün ordudan qaçıb və buna görə ailəsi də daxil olmaqla hamı ondan üz döndərib.

“Mən onlar üçün Vətən xainiyəm. Bəs mən müharibəyə gedib Ukraynanın dinc sakinlərini öldürməliydim? Yoxsa həbsxanaya getməliydim? Üçüncü seçim sadəcə, qaçmaq idi”, - Nikita Çibrin deyib.

O, beynəlxalq məhkəmədə ifadə vermək istədiyini bildirib: "Bu, Rusiyanın başladığı cinayət müharibəsidir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!