40 manata görə qohumuna 5 bıçaq zərbəsi vuran şəxs azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

40 manata görə qohumuna 5 bıçaq zərbəsi vuran şəxs azadlığa çıxdı

Kriminal

16 İyul 2025 17:10 427


Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə məhkəmə istintaqinin yekunlaşmağı elan edildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənin 8 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Arzuman Əsədov 4 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verilib. Dominos pizza

Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Belə ki, Əsədov Arzuman İsmayıl oğlu ilə tanışı Əliyev Ramo Rövşən oğlu arasında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Əsədov Arzuman bıçaqla Ramo Əliyevin bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq xəsarətlər yetirib.

Fakta görə cinayət işi başlanıb, Arzuman Əsədov şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!