40 nəfər istefa verib Əli Babacanın partiyasına qoşulacaq –   Siyahıda kimlər var?

saytların hazırlanması

Evə çatdırılma

40 nəfər istefa verib Əli Babacanın partiyasına qoşulacaq – Siyahıda kimlər var?

Dünya

09 İyul 2019 08:56 1495


Xəbər verdiyimiz kimi, dünən ölkənin keçmiş xarici işlər naziri Əli Babacanın Ədalət və İnkişaf partiyasından istefa verməsi Türkiyə gündəmini alt-üst edib.

 “Yeni sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, 40 yaxın partiya üzvünün də istefa verəcəyi ehtimal olunur. İddialara görə, onlardan bir qismi Əli Babacanın yeni yaradacağı partiyaya qoşulacaq.

Həmin şəxslər arasında keçmiş ədliyyə naziri Sadullah Ərgin, keçmiş baş nazir müavini və maliyyə naziri Mehmet Şimşək, keçmiş baş nazir köməkçisi prof. Bəşir Atalay, keçmiş sənaye və texnologiya naziri Nihat Ergünün də adı var.

Elnarə İlham


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!