45 yaşı var, əvvəllər bu vəzifələrdə işləyib -   Cabbar Musayev kimdir?

saytların hazırlanması

Evə çatdırılma

45 yaşı var, əvvəllər bu vəzifələrdə işləyib - Cabbar Musayev kimdir?

Siyasət

09 Fevral 2026 11:27 2219


Naxçıvan Muxtar Respublikasına yeni Baş nazir təyin edilib. Muxtar respublika Ali Məclisinin qəraraı ilə bu vəzifəyə Cabbar Musayev gətirilib.

“Yeni Sabah” yeni Baş nazirin tərcümeyi-halını təqdim edir:

Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Sezar pizza

Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini, 2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Evlidir, iki övladı var.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Pərviz Səmədov
    Uğurlar diləyir, Türkiyənin müxtəlif şəhərlərində qul və kölə vəziyyətində olan Naxçıvan sakinlərinin öz doğma yurdlarına qayıdışına səbəb olacaq xidmətlər ortaya qoymasını diləyirəm. İşsizliyin ortadan qalxması üçün əməli tədbirlər görməsini arzu edirəm, həm Türkiyə məzunu, həm də Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olaraq!
    3 months ago
  • RAHIM
    İNDİKİ DÖVRDƏ XARİCDƏ TƏHSİL ALMAQ ÖNƏMLİ DEYİL. ƏSAS MƏSƏLƏ ODUR Kİ VİCDANLI VƏ LƏYAQƏTLİ OLUB CİBİNƏ, AİLƏSİNƏ YOX XALQINA XİDMƏT ETSİN.
    3 months ago