5-10 günə sülh müqaviləsi imzalana bilər - Erməni spiker 

5-10 günə sülh müqaviləsi imzalana bilər - Erməni spiker 

Siyasət Veb saytların hazırlanması

07 Dekabr 2023 12:20 364


"Ermənistan dəfələrlə bəyan edib ki, sülh müqaviləsi üzrə görüşlərdən imtina etmir". 

Yenisabah.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Braynın bəyanatını jurnalistlərə şərh edərkən deyib. 

"Ümid edirik ki, real sülhə gətirib çıxaracaq əməli addım atılacaq. Mən artıq demişəm ki, 5-10 gün ərzində sülh müqaviləsi imzalana bilər. Təkliflərimizi mübadilə etdik, bu artıq altıncı mübadilədir. Əgər rəsmi Bakıdan yeni təkliflər olmazsa, mövcud variantda dəyişiklik edilməzsə, bunu bir neçə gün ərzində etmək olar", - spiker söyləyib. 

Qeyd edək ki, ABŞ rəsmisi Azərbaycan və Ermənistan XİN başçılarını Vaşinqtona danışıqlar aparmağa dəvət edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!