5 avtobusun hərəkət yolu dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

5 avtobusun hərəkət yolu dəyişdirildi

Sosial

12 Aprel 2019 22:34 856


Aprel ayının 12-də axşam saatlarından etibarən 67, 83, 91, 92, 117 nömrəli müntəzəm xətləri üzrə avtobusların hərəkət istiqamətində müvəqqəti dəyişiklik ediləcək.

Bu barədə "Yeni Sabah"a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki,  dəyişikliyə səbəb Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində aparılan təmir işləridir:

“Belə ki, təmir işləri bitənədək qeyd olunan müntəzəm xətləri üzrə avtobusların hərəkət sxemi Biləcəri qəsəbəsi istiqamətində Rəşid İsmayılov – Yəhya Hüseynov küçələrindən keçməklə, əks istiqamətdə (şəhər istiqamətində) isə Yəhya Hüseynov küçəsi – Bakı – Sumqayıt şosesi – “Ekologiya” postu adlanan ərazidən geriyə dönməklə təşkil ediləcək”.   Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!