53 nəfər direktor vəzifəsinə təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

53 nəfər direktor vəzifəsinə təyin edildi

Sosial

28 Mart 2019 19:13 1416


Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən, 28 namizəd isə martın 4-dən  müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Toyuqlu pizza

Sözügedən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 185 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!