534 kiloqram yararsız ət aşkar olundu

saytların hazırlanması

Evə çatdırılma

534 kiloqram yararsız ət aşkar olundu

Sosial

29 Mart 2019 13:57 755


Martın 28-də Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Ağdaş rayonu Ləki kəndi ərazisində Kərimli Şirin Nizami oğluna məxsus 99HX408 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 534 kq istehlaka yararsız ət aşkar olunub. 

“Yeni Sabah” xəbər verir ki, vətəndaşa məxsus avtomobilə baxış zamanı avtomobilin yük yerində 3 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik görüntülərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Ümumi çəkisi  534 kq olan ətin insan sağlamlığı üçün təhlükəli, ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb. 

Nümunələr Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!