54 yaşlı Niderland kraliçası hərbi xidmətə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

54 yaşlı Niderland kraliçası hərbi xidmətə çağırıldı

Dünya

04 Fevral 2026 02:13 730


Niderland kraliçası Maksima yaxın günlərdə ehtiyatda olan zabit kimi hərbi xidmətə başlayacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "RTL Nieuws" televiziya kanalı ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

"Kraliçanın nəzəri və fiziki hazırlıq da daxil olmaqla hərbi təlim proqramından keçəcəyi gözlənilir. O, həmçinin atəş açmağı və xəritələri oxumağı öyrənəcək", - deyə kanal öz mənbələrinə istinadən bildirib. Marqarita pizza

Müdafiə Nazirliyi ümid edir ki, kral ailəsinin üzvünün şəxsi nümunəsi xalqın hərbi xidməti marağı artıracaq.

Qeyd edək ki, kral cütlüyünün böyük qızı, vəliəhd şahzadə Amaliya bu ilin əvvəlində əsas hərbi təlimini başa vurub və ilk hərbi rütbəsini - kapral rütbəsini alıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!