14-cü əsrdə İspaniyada yazılmış əlyazma Bibliya Nyu-Yorkdakı "Sotheby's" hərrac evinin saytında 6,9 milyon dollara satılıb.
Yenisabah.az xəbər verir ki, ravvin Şem Tov ibn Qaon 1312-ci ildə Soria şəhərində 800 səhifəlik kitabı tamamlayıb. Mütəxəssislər bunu "Bibliya və Kabbalistik elmin görkəmli əsəri və orta əsrlər sefarad kitab sənəti ənənəsinin qiymətli sübutu" adlandırırlar.
Kitab zəngin şəkildə bəzədilib və dizaynı təkcə xristian deyil, həm də yəhudi və müsəlman bədii ənənələrini əks etdirir. pizza hut
İllər boyu bu Bibliya şəxsi kolleksiyalarda olub və Yerusəlim, Bağdad, Tripoli, London və Cenevrədə saxlanılıb.
Telegram kanalımız