Astarada əməliyyat:   62 kilo narkotik ələ keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Astarada əməliyyat: 62 kilo narkotik ələ keçirildi

Kriminal

27 Noyabr 2025 10:53 626


Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Dominos pizza

Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!