689 manata maska satılır - Foto

saytların hazırlanması

Evə çatdırılma

689 manata maska satılır - Foto

Sağlamlıq

27 Fevral 2020 15:16 1329


Koronavirusdan qorunmaq üçün istifadə edilən ağız maskalarının qiyməti Türkiyədə də bahalaşıb. Yenisabah.az xəbər verir ki, içərisində 5 ədəd maska olan bir qutunun qiyməti 21 lirədən 249 lirəyə qalxıb. Maskaların onlayn satışı ilə məşğul olan bir saytda FFP3 koronavirusdan qoruyucu maskanın 20 ədədi 1090 lirəyə (300 manat) satılır. Bundan əlavə, saytda 10 ədədinin 2499.99 lirəyə (689 manat) satıldığı xüsusi maska da var. Əczaçılar bunu ölkədə yayılmış qrip və dünyanı təşvişə salan koronavirusla izah edirlər. Çindən gələnlərin karantinə alınması, həyəcanlı xəbərlər maskaların qiymətinə təsir edib. Hələ ki, Türkiyədə rəsmi olaraq aşkarlanmamış virusdan qorunmaq üçün bu qədər pul xərclənməsi vətəndaşlarda etiraz doğurub. https://cdn.yenisabah.az/files/masas.jpg https://cdn.yenisabah.az/files/masas2.jpg https://cdn.yenisabah.az/files/mbn_31582803461.png
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!