“7 aydır maaşlar gecikir” - Teatr aktyorlarının etirazı

saytların hazırlanması

Evə çatdırılma

“7 aydır maaşlar gecikir” - Teatr aktyorlarının etirazı

Mədəniyyət

01 Noyabr 2022 23:20 1760


Sumqayıt Dram Teatrının aktyorları əməkhaqlarının gecikməsindən şikayətçidirlər.

Yenisabah.az "Xəzərxəbər"ə istinadən məlumatına görə, onlar iddia edirlər ki, vəziyyətin bu həddə çatmasının səbəbi teatrın rəhbərsiz qalmasıdır.

Aktyorların sözlərinə görə, son 7 aya qədər maaşlarını normal şəkildə kart vasitəsilə alıblar. Ancaq 7 aydır direktor olmadığına görə əməkhaqları hər ay gecikir. Direktoru əvəz edən müavinin səlahiyyəti isə bu məsələdə məhduddur. Marqarita pizza

Onlar teatrda vəziyyətin heç də ürəkaçan olmadığını, hətta bir gün ac-susuz tamaşada oynamaq məcburiyyətində qaldıqlarını bildiriblər..

Teatrın aktyorları qarşılaşdıqları problemlə bağlı kütləvi şəkildə Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlayıblar.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən isə bildirilib ki, teatr Mədəniyyət Nazirliyinə tabe olduğu üçün məsələnin həlli onların səlahiyyətlərini aşır.

Problemlə bağlı Mədəniyyət Nazirliyinə müraciət isə cavabsız qalıb.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!