7 Türkiyə vətəndaşı Ermənistanda qaçqın statusu aldı

saytların hazırlanması

Evə çatdırılma

7 Türkiyə vətəndaşı Ermənistanda qaçqın statusu aldı

Dünya

09 Fevral 2024 12:02 564


2023-cü ildə Ermənistanda 8761 nəfər yaşamaq icazəsi alıb, onlardan 3658-i MDB ölkələrinin, 266-sı isə Avropa İttifaqı ölkələrinin vətəndaşlarıdır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb. 

5073 nəfər müvəqqəti, 3274 nəfər daimi yaşamaq üçün, 414 nəfər isə xüsusi yaşamaq üçün icazə alıb.  pizza sifarişi

Status alanlar arasında Rusiya və Hindistan vətəndaşları üstünlük təşkil edir - müvafiq olaraq 3350 və 2035 nəfər. Daimi yaşamaq üçün icazəni Rusiyadan 2137, Hindistandan isə 41 nəfər alıb. 

2023-cü ilin ikinci yarısında Ermənistana sığınacaq üçün müxtəlif ölkələrin 370 vətəndaşı müraciət edib, onlardan 193-ü (14 ölkə vətəndaşı və 1 nəfər naməlum vətəndaş) qaçqın statusu alıb. Bu statusu alanların 94-ü Ukrayna, 28-i Haiti, 17-si İraq, 16-sı Suriya, 11-i İran, 7-si Türkiyə və 6-sı Yəmən vətəndaşlarıdır. Əksəriyyəti 35-64 yaş arasında olan şəxslərdir. Sığınacaq axtaranların əksəriyyəti İraq (109), Ukrayna (91), İran (57), Misir (42), Rusiya (13) və Türkiyə (9) vətəndaşları olub. 

Həmin dövrdə 35 nəfərin qaçqın statusuna xitam verilməsi barədə qərar qəbul edilib. 187 nəfərin 98 sığınacaq müraciəti dayandırılıb və ya ləğv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!