70 kq qızılla tutulan polkovnikin həbs müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

70 kq qızılla tutulan polkovnikin həbs müddəti uzadıldı

Kriminal

19 İyun 2025 10:26 456


İstanbulda 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin baş köməkçisi Qəhraman Məmmədovun həbs müddəti uzadılıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bununla bağlı təqdimata baxılıb. Məhkəmə onun barəsində həbs müddətinin 3 ay uzadılması barədə qərar verib.

Polkovnik-leytenant Q. Məmmədov xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etmədə ittiham olunur. Dominos pizza

O, Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!