Bir vaxtlar hər evdə mütləq "72%" sabun olardı. Ondan təkcə təmizlik üçün deyil, həm də kosmetik və başqa məqsədlərlə istifadə edə bilərsiniz. Qiyməti də ucuz olan bu sabun sizə bir sıra cəhətdən müsbət təsir edə bilər.
Yenisabah.az 72% sabununun faydalarını təqdim edir:
1. Saçlarınızın uzanmasını, kəpəkdən canınızın qurtulmasını istəyirsinizsə, bu sabun sizə kömək edəcək. Əvvəlcə saçlarınızı şampunla yuyun. Sonra bu sabunla saçlarınızı yuyub bir neçə damcı sirkə qatılmış su ilə yaxalayın. Bu üsul həm də çox yağlı saçlar üçün uyğundur. pizza mizza
2. Həftədə 2 dəfə "72%"lə yuyunsanız, dərinizin cavan qalmasına yardım edəcək. Lakin bu sabunla üzünüzü yuduqdan sonra mütləq nəmləndirici krem vurmaq lazımdır.
3. "72%" sabun rinit, soyuqdəymədən də qoruyur. İlk etaplarında bu sabunu suda həll edin, pambığı batırıb burnunuzun uclarını silin. Bu mikrobları öldürür.
4. Duş qəbul edən zaman bu sabundan hazırlanmış suya kisə batırıb sürtülməsi buxarda yumşalmış bədəndə məsamələrə dolmuş çirki tamamilə təmizləyir.
5. Şişın yatması, eləcə də göyərmiş yerlərin sağalması üçün həmin nahiyəyə gündə iki dəfə sabundan hazırlanmış məhlul sürtülür.
6. Yayda dəri günəşdən yananda həmin nahiyəyə sabun sürtülərək quruyanadək saxlanılır, bu dərinin yandığı nahiyəni bərpa edir və suluqlanmağa imkan vermir.
Telegram kanalımız