Braziliyalı model və sosial media fenomeni olan Artur O Urso eyni vaxtda 8 qadınla evlənib.
Yenisabah.az xəbər verir ki, şəxsi həyatını tez-tez sosial şəbəkədə işıqlandıran Urso çoxarvadlı münasibətində xanımları arasında heç bir dava olmadığını bildirib. O bunu bütün xanımları ilə eyni məsafədə olması ilə izah edib. Doğrudur, arvadlarından birinin qısqanclıq tutması və digər qadınlarla böyük problemləri olmasından sonra bloger onlardan birini boşayıb.
“Onları xoşbəxt etmək istəyirəm. Mən hələ də münasibətlərin dinamikasını öyrənməyə çalışıram. Demək istərdim ki, əlimdən gələni etdim. Onlar həmişə ən yaxşısına layiqdirlər. Ona görə də mən onların hamısına eyni dərəcədə yaxşı olmalıyam. Aralarında heç bir mübahisə yoxdur”, - deyə o, Artur O Urso vurğulayıb. Dördpendirli pizza
Xanımlarına da eyni hədiyyələri aldığını deyən Urso bütün hədiyyələrə təxminən 11 min dollar xərclədiyini bildirib.
Sosial media fenomeni əlavə edib ki, o, qadınlar arasında qısqanclığın qarşısını almaq üçün eyni hədiyyəni müxtəlif rənglərdə alıb
Telegram kanalımız