“8 həftə sonra ən pik səviyyəyə qalxacaq” -   “Goldman Sachs”ın koronavirus proqnozu internetə sızdı

saytların hazırlanması

Evə çatdırılma

“8 həftə sonra ən pik səviyyəyə qalxacaq” - “Goldman Sachs”ın koronavirus proqnozu internetə sızdı

İqtisadiyyat

18 Mart 2020 14:25 697


ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs”ın koronavirusla əlaqədar keçirdiyi qapalı toplantının təfərrüatı internetə sızdırılıb.

“Yeni Sabah” xarici mediaya intinadən məlumat verir ki, yeni tip koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bağlı keçirilən iclasda bank müştərilərini gözləyən təhlükələr müzakirə olunub.

Mətbuata sızan məlumata görə, bank ABŞ əhalisinin yarısının, Almaniyanın isə 70 faizinin virusa yoluxacağını proqnozlaşdırır. Virusa yoluxanların 80 faizinin xəstəliyi yüngül, 15 faizinin isə orta-ağır keçirəcəyi, yerdə qalan 5 faizin isə kritik vəziyyətdə olacağı qeyd olunub. Ölənlərin sayı isə təxminən yoluxanların sayının 2 faizini təşkil edəcək.  Dördpendirli pizza

Bank "COVİD-19"a yoluxma hallarının və virusun qlobal təsirlərinin bundan 8 həftə sonra ən pik səviyyəyə qalxacağını ehtimal edir. 

“Goldman Sachs”a görə 2020-ci ildə qlobal iqtisadi artım cəmi 2 faiz olacaq. Bu isə son 30 ildə ən aşağı səviyyə hesab olunur. 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!