“8 komandalı çempionata görə futbolçular bu vəziyyətdədir” -   Tural Cəlilov

saytların hazırlanması

Evə çatdırılma

“8 komandalı çempionata görə futbolçular bu vəziyyətdədir” - Tural Cəlilov

İdman

17 May 2019 07:48 1210


Bir zamanlar "Rəvan", "Simurq",  "Xəzər-Lənkəran" , "Zirə" "Kəpəz" kimi klublarda çıxış edən, hazırda Region Liqasında "Şahdağ"ın şərəfini qoruyan Tural Cəlilovun "Yeni Sabah"a müsahibəsi: 

- Finalda "Uğur"a məğlub oldunuz. Bu nəticəni gözləyirdinizmi?

- Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, rəqimiz yaxşı komandadır, keçən il də çempion olmuşdular. Biz öz zonamızda məşq etmişdik. Ona görə də süni örtükdə oynamaq bizə problem yaratdı. Ot örtüyündə oynamaq başqa, süni örtükdə oynamaq başqa. Ümumi götürsək, komanda şəkilində yaxşı oynadıq. Bunu kənardan mütəxəssislər də qeyd etdi. Sadəcə 1 qol lazım idi. Hansı komanda vursaydı, oyun həlledici olacaqdı. Biz 82-ci dəqiqədə buraxdığımız qolla oyunu rəqib komandaya vermiş olduq. Yəni, bəxtimiz gətirmədi. Qol imkanlarından istifadə edə bilmədik. Çox heyfslənirəm. O cür azarkeşlərimiz var idi. Sağ olsunlar ki, gəlib bizi dəstəklədilər. Udacağımıza tam inanırdım. Bəlkə, neçə dəfə yenə oynasaq, inanaram ki, biz udarıq. Dördpendirli pizza

- Artıq uzun müddətdir, əsas liqadan uzaq düşmüsünüz. Premyer Liqa klublarımızdan heç təklif gəlibmi?

- Hazırda Premyer Liqa klublarından təklif gəlməyib. Çempionat yeni qurtarıb. Bəlkə də, qarşıda nəsə olar. Artıq 1 il oldu ki, mən Premyer Liqadan kənarda qalmışam. Təklif olsa, çox yaxşı olar, sevinərəm. Yaşım o yaş deyil ki, futbolla tam qurtarım. Gücüm var, oynaya bilərəm. Özümü yenidən orada görürəm. Niyə də olmasın? Olmasa da, problem yoxdur. Ardıcıl 12 il əsas liqada oynamışam. Qismət. 

- Sizcə, niyə dəvət almırsınız?

- Heç özüm də bilmirəm. Fiziki gücüm yerindədir, neçə il oynamışam, bişmiş oyunçuyam. Millidə də çıxış etmişəm. Sadəcə, bizdə bir xəstəlik var, 30-u keçdi, deyirlər yaşlıdı, bunun vaxtı keçib. Baxmırlar ki, bunun gücü nə yerdədir. 33 yaşın içindəyəm. 3 il, 4 il də bundan sonra oynaya bilərəm.

- Xarici klublardan da təklif almadınız?

- Xaricdən təkliflər var idi. Getmək olardı. Latviya, Litva, Estoniya, Gürcüstan, Türkiyə. Orda da maddiyyat elədir ki, ailəni qoyub getməyə dəyməz. Həmin maddiyyata Bakıda oynamaq olar, amma ölkədən qıraqda alınmır. 6 ay evə gəlməmək, uşaqlar məktəbə gedib-gəlir bu kimi məsələlər problemdir. Buna görə təklifləri qiymətləndirmədim. Dedim, öz çempionatımızdan olsun.

- "Şahdağ"da da maaşların vaxtında verilmədiyi deyilirdi...

- Yalan söhbətdir, elə problemimiz olmayıb. Hər ay vaxtında almışıq.

- Finalda qalib gəlsəniz, xüsusi mükafat  yəqin, veriləcəkdi...

- Bəli, qalib gəlsəydik, mükafat deyilmişdi.

- Bir zamanlar "Xəzər-Lənkəran"da oynamısınız. İndi bəzilərini çıxmaqla çox "Xəzər-Lənkəran"lı aşağı liqadadır. Buna həm də "futbolçu qətliamı" deyə bilərik?

- "Xəzər-Lənkəran" mənim ən yaralı yerimdir. Orada mənim çox yaxşı günlərim keçib. Hər zaman yadımdadır. "Xəzər-Lənkəran"nın dağılması Azərbaycan futboluna zərbədir. O cür azarkeşi olan komanda hazırda yoxdur. 8 komandalı çempionata görə futbolçular bu vəziyyətdədir. Komandanın azlığı bu həddə gətirib ki, futbolçuların əksəriyyəti regional liqadadır, 1-ci liqadadır. Komandaların sayı azdır, futbolçular isə az deyil. 

- "Xəzər-Lənkəran"da oynadığınız dönəmlərdə hakimlikdən narazılıqlarınız olurdu. Regional liqada hakim qərarları sizi qane edirmi?

- Region Liqasında hakimlik normal qaydadır.

- Futbolçu karyeranızı bitirdikdən sonra nə kimi planlarınız var?

- Məşqçi kimi çalışmaq istəyərəm.

- Son olaraq, azarkeşlərinizə nə demək istərdiniz?

- Azarkeşlər super idilər. Hesabda geridə olanda da dəstəklədilər. Sağ olsunlar. O qədər məsafə qət edib gəlmişdilər. Uduzduqdan sonra da onların yanına gedəndə alqışladılar. Onlara çox təşəkkür edirəm. Komanda adından da azarkeşlərimizdən üzr istəyirəm ki, onların haqqın vermədik. Ən çox məyus olmağım sırf azarkeşlərə görə idi. Onlar ordan gəliblər, biz uduzmuşuq deyə. 2 gün ancaq bunu fikirləşmişəm.

Naibə Məmmədova

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!