81 yaşlı Sabirabad sakini oğlu və nəvələri ilə orduya yazıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

81 yaşlı Sabirabad sakini oğlu və nəvələri ilə orduya yazıldı - Foto

Rəsmi

18 İyul 2020 11:19 1365


Sabirabadda yaşlı sakin könüllü döyüşmək üçün qeydiyyatdan keçib.

“Yeni Sabah” xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini Kuba, Vyetnam və Rusiyanın digər hərbi hissələrdə 3 il 8 ay təcrübə almış 1939-cu il təvəllüdlü Tofiq Hüseynov könüllü olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbəsində qeydiyyatdan keçib. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

T.Hüseynov SHXÇDX Sabirabad rayon şöbəsinin rəisi ilə mətbuatda gedən bir sıra məsələləri müzakirə edərək, bir vətəndaş kimi özünə qaranlıq qalan suallara cavab alıb. Dördpendirli pizza

T.Hüseynovla yanaşı övladları könüllü döyüşmək üçün yerli idarəyə müraciət ediblər.

Qeyd edək ki, T.Hüseynov sabiq Baş nazir Pənah Hüseynin əmisidir. /Teleqraf.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!