85 minlik dələduzluq: “Yüksək əlaqəli şəxs” tutuldu

saytların hazırlanması

Evə çatdırılma

85 minlik dələduzluq: “Yüksək əlaqəli şəxs” tutuldu

Kriminal

14 May 2025 12:16 344


Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanıraq həbs edilib.

Yenisabah.az xəbər verir ki, 45 yaşlı Tural Məmmədov 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə - aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.

T.Məmmədovun ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını görən vətəndaş paytaxtın Xəzər rayonunda polisə müraciət edərək həmin şəxsin əməllərindən şikayət edib. Toyuqlu pizza

Hazırda cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilən T.Məmmədovun digər dələduzluq əməlləri istisna edilmir.

Hazırda istintaq hərəkətləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!