86 min manat, qızıl üzük  və bahalı telefon oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

86 min manat, qızıl üzük  və bahalı telefon oğurlandı

Hadisə

21 Fevral 2023 12:02 840


Bakıda mənzildən 86,5 min manat pul, 1500 manatlıq üzük və 3 min manatlıq telefon oğurlanıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.  Dördpendirli pizza

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və mənzildən 86.500 manat pul, 1500 manat dəyərində qızıl üzük və 3000 manat dəyərində mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sahib Xudaverdiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!