86 yaşlı Zeynəb Xanlarovanın ad gününə hədiyyə - Video

saytların hazırlanması

Evə çatdırılma

86 yaşlı Zeynəb Xanlarovanın ad gününə hədiyyə - Video

Mədəniyyət

28 Dekabr 2022 11:08 2000


Bu gün SSRİ Xalq artisti, sabiq millət vəkili Zeynəb Xanlarovanın növbəti doğum günüdür - 86 yaşı tamam olur.

Yenisabah.az xəbər verir ki, sənətçinin doğum günü ilə bağlı onun pərəstişkarı stilist Rəşad Əliyev klip hazırlayıb.

O, Z.Xanlarovanın mahnısı ilə müşayiət olunan klipi sosial şəbəkə hesabında yayımlayaraq Xalq artistinə təriflər yağdırıb: Dördpendirli pizza

“Məhz bu gün mənim həyatımda ən özəl və əlamətdar gündür. Çünki Zeynəb xanımı canımdan da artıq sevdiyimi məni tanıyan hər kəs bilir.

Bu il də ənənəmə sadiq qaldım. Sənətkarın özəl günündə onun şah əsərlərindən birini fenomen olaraq canlandırdım. Hər il yaratdığım obraza görə sənətkarın özündən təriflər almışam. Əminəm ki, peşəkar komanda ilə əsrəyə gətirdiyim bu layihə də dünyaca məşhur Zeynəb Xanlarovanın ürəyincə olacaq.

Ən əsası özümlə ona görə qürur duyuram, Zeynəb xanımın say-seçmə əziz insanı var ki, mən də onların sırasındayam. Zeynəb xanım musiqimizin tacıdır. Allahdan ona sağlıqlı uzun ömür diləyirəm. Ömrümün sonuna qədər də onu sevəcəyəm...”

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!