863 mindən çox ağac əkilib

saytların hazırlanması

Evə çatdırılma

863 mindən çox ağac əkilib

Sosial

30 Aprel 2019 11:44 680


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası başa çatıb. 

"Yeni Sabah" xəbər verir ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 863 mindən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib. 

Ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara 305 mindən çox müxtəlif cinsli ağac tingi paylanılıb. Əkilən və paylanılan ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib. Dominos pizza

Qeyd edək ki, yaz ağacəkmə kampaniyası başlandığı ilk gündən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. 

ETSN ağacəkmə kampaniyasında yaxından iştiraka və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin təşəkkürünü bildirir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!