88 saat sonra dağıntılar altından sağ çıxdı

saytların hazırlanması

Evə çatdırılma

88 saat sonra dağıntılar altından sağ çıxdı

Hadisə

03 May 2022 15:58 193


Çinin Hunan əyalətində çökən binanın dağıntıları altında qalan şəxs 88 saatdan sonra xilas edilib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Hunan əyalətinin Çanqsa şəhərində cümə günü çökən binadan 9-cu şəxs 88 saatdan sonra xilas edilib. Yerli vaxtla saat 04:15 radələrində dağıntılar altından çıxarılan qadın dərhal xəstəxanaya çatdırılıb.

Xilasetmə qruplarının verdiyi açıqlamada dağıntılar altından çıxan qadının ətrafdakı əşyalara dəyərək səs siqnalları verdiyi, həyat təyinetmə vasitələri ilə tapılaraq xilas edildiyi bildirilib. Hadisə yerində çalışan tibb işçiləri xilas edilən qadının huşunun yerində olduğunu və qruplarla əlaqə saxlaya bildiyini vurğulayıblar. pizza sifarişi

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!