“9 min kv.km ərazi Azərbaycanın nəzarətinə keçəcək” - Baqratyan

saytların hazırlanması

Evə çatdırılma

“9 min kv.km ərazi Azərbaycanın nəzarətinə keçəcək” - Baqratyan

Siyasət

03 Dekabr 2023 19:47 2220


“Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Zəngəzur – red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Sünikin Ermənistanla əlaqəsi kəsiləcək. Sünikə getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Sisian, İrəvan-Qafan avtobusları işləməyəcək”, – Baqratyan bildirib Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!