9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

9 yaşlı uşaq qəbir daşının altında qalıb öldü - Azərbaycanda

Hadisə

23 Aprel 2020 09:43 1340


Masallı rayonunda uşağın üstünə qəbir daşı aşıb və uşaq yerindəcə ölüb.

Yenisabah.az-ın verdiyi xəbərə görə, hadisə aprelin 22-si saat 17:30 radələrində rayonun Şıxlar kəndində baş verib.

9 yaşlı Səmədov Əhəd Rizvan oğlu evlərinin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən 2016-cı ildə vəfat etmiş şəxsin qəbir daşı aşaraq onun üzərinə düşüb. Orta məktəb şagirdi olan Əhəd hadisə yerində vəfat edib. Dördpendirli pizza

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!