900 mindən çox pirotexniki vasitə aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

900 mindən çox pirotexniki vasitə aşkarlandı

Kriminal

18 Mart 2019 16:54 807


Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.

"Yeni Sabah" xəbər verir ki, növbəti belə bir fakt Bakı Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən aşkarlanıb. Belə ki, idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912989 ədəd pirotexniki vasitələr aşkar edilib. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!