AB Türkiyəyə sanksiya tətbiq etməyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

AB Türkiyəyə sanksiya tətbiq etməyə hazırlaşır

Dünya

12 İyul 2019 12:49 1237


Avropa Birliyi (AB) Türkiyənin Aralıq dənizin şərqində, Kipr sahillərində təbii qazla bağlı axtarış-kəşfiyyat işləri aparmağını "qeyri-qanuni" hesab edərək, Ankaraya sanksiya tətbiq etməyə hazırlaşır.

 “Yeni Sabah” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda AB-nin Türkiyəyə tətbiq edəcəyi sanksiya qərarının mətni də yer alıb.

Mətndə qeyd olunub ki, Türkiyə ilə AB arasında hərtərəfli hava nəqliyyatı müqaviləsi ilə bağlı danışıqlar dayandırılacaq. Həmçinin, Avropa Şurası Avropa Komissiyasından Türkiyəyə köçürülən pul yardımlarının 2020-ci ildən etibarən azaldılmasını tələb edəcək.

Mətndə Türkiyənin təbii qaz axtarışlarına davam etməsi halında AB-nin daha sərt tədbirlər ala biləcəyi də qeyd olunub.

Xatırladaq ki, AB sonuncu Türkiyəyə 2014-2020 dövrü üçün 4,4 milyard avro vəsait ayırmışdı.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!