Abel Məhərrəmovdan son xəbər

saytların hazırlanması

Evə çatdırılma

Abel Məhərrəmovdan son xəbər

Sosial

23 Fevral 2019 03:46 3242


Fevral ayının 11-də Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra o palataya köçürülüb. A.Məhərrəmovun ürəyində ciddi problemlərin olduğu üçün xaricdə xəstəxanaların birinə yerləşdiriləcəyi  ilə bağlı da məlumat yayılıb.

Məsələ ilə bağlı sabiq rektorun keçmiş köməkçisi, hazırda Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasının professoru olan Namiq Şixəliyev  bildirib ki, A.Məhərrəmovun səhhətində yaranan problemlərlə bağlı hazırda ev şəraitində müalicəsini davam etdirir.

A.Məhərrəmovun xaricdə müalicə  alacağı ilə bağlı yayılan xəbərlərə isə Namiq Şixəliyev belə münasibət bildirib: “Özü ilə danışmışam. Belə bir plan olsaydı bilərdim. Abel müəllim hazırda özünü yaxşı hiss edir, ev şəraitində müalicəsini davam etdirir. Hələlik işə çıxmır. Mülicəsi bitdikdən sonra üzvi kimya kafedrasının müdiri kimi işinin icrasına davam edəcək”. Toyuqlu pizza

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!