ABŞ 2022-ci ilin sonuna qədər təxminən 1 milyard doza koronavirus vaksini istehsal edəcəyini hesab edir və Vaşinqton bu vaksinlərin bir qismini ehtiyacı olan ölkələrə verməyi planlaşdırır.
Yenisabah.az xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Koreya Respublikasının prezidenti Mun Çje İnlə birgə mətbuat konfransında deyib.
C.Bayden bildirib: "Biz hesab edirik ki, 2021-ci ilin ikinci yarısı ilə 2022-ci ilin sonu arasında daha 1 milyard doza vaksin istehsal edə biləcəyik. Qabaqcıl imkanlara sahib olanlarımız (əczaçılıq sənayesində - red.) bütün dünyanın mühafizəsini (hazırkı pandemiya şəraitində - red.) təmin etmək üçün əlimizdən gələni etməyə borcluyuq". Pepperoni pizza
ABŞ prezidenti qeyd edib ki, bu, son dərəcə iddialı bir təklifdir: "Lakin inanıram ki, bu cür potensiala sahib ölkələr bu hədəfə çatmaq üçün çalışmağa davam edəcəklər".
Telegram kanalımız