ABŞ 262 xristianı xilas edən imamı mükafatlandırdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ 262 xristianı xilas edən imamı mükafatlandırdı - Foto

Dünya

19 İyul 2019 12:31 1315


Nigeriyadakı silahlı insidentlər zamanı 262 xristianı ölümdən xilas edən imam mükafatlandırılıb.

"Yeni Sabah" xarici mediaya istinadən bildirir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) xristianları məsciddə gizləyərək özünü təhlükəyə atan imam Abdullah Əbubəkiri "Beynəlxalq Din Azadlığı mükafatı" ilə təltif edib. 83 yaşlı imama mükafatını ABŞ dövlət katibi Mayk Pompeo təqdim edib.

Nümunəvi davranışına görə, bundan öncə də Nigeriya prezidenti Məhəmməd Buxari həmin imamı  "Milli şərəf" mükafatına layiq görmüşdü. pizza sifarişi

Qeyd edək ki, ötən il Nigeriyanın Plato əyalətində xristian əkinçilərlə yerli çobanlar arasında münaqişə baş verib. Qarşıdurmalar zamanı minlərlə insan ölüb, on minlərlə insan evindən didərgin düşüb.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!