ABŞ alimləri ayda su tapdılar

saytların hazırlanması

Evə çatdırılma

ABŞ alimləri ayda su tapdılar

Maraqlı

27 Oktyabr 2020 10:51 875


ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, təşkilat Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o özünün "Twitter"dəki səhifəsində yazıb.

NASA rəhbərinin sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb. pizza mizza

"Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik", - Braydenstayn bildirib.

O, qeyd edib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir.

Modern.az-ın yazdığına görə, Braydenstayn əlavə edib ki, Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!