“ABŞ Azərbaycan və Ermənistanın səylərini qətiyyətlə dəstəkləyir“   - Səfir

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ Azərbaycan və Ermənistanın səylərini qətiyyətlə dəstəkləyir“ - Səfir

Siyasət

19 Aprel 2022 16:36 453


"Biz 30 ildir Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlər üzrə çalışırıq. Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhə nail olmaq və bütün regionun çiçəklənməsi üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır".

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.

"Birləşmiş Ştatlar və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir", - deyə səfir vurğulayıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!