“Amerika Birləşmiş Ştatları üç erməni əsirinin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır və tərəfləri bütün məhbusların mübadiləsini başa çatdırmağa çağırır”.
Yenisabah.az xəbər verir ki, bu, ABŞ dövlət katibi Entoni Blinkenin “Twitter”-də yayımladığı bir yazıda bildirilir.
“ABŞ üç erməni məhbusun Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır. Hər iki tərəfi bütün məhbusların, saxlanılanların, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və dərhal başa çatdırmağa, eyni zamanda, məhbuslarla insani rəftarı təmin etmək öhdəliklərinə əməl etməyə çağırırıq”, – deyə tvitdə bildirilir. Dördpendirli pizza
Telegram kanalımız