ABŞ bu ölkəyə F-35-lər satır - TƏSDİQLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

ABŞ bu ölkəyə F-35-lər satır - TƏSDİQLƏDİ

Dünya

14 Sentyabr 2024 09:48 4917


ABŞ Dövlət Departamenti cümə günü Rumıniyaya 7,2 milyard dollar dəyərində beşinci nəsil F-35 qırıcı təyyarələrinin və avadanlıqlarının satışını təsdiqləyib. 

Yenisabah.az-ın xəbərinə görə, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. 

"Dövlət Departamenti Rumıniya hökumətinə 7,2 milyard dollar məbləğində F-35 təyyarələri və müvafiq avadanlıqların mümkün xarici hərbi satışını təsdiqləmək qərarına gəlib", - məlumatda deyilir.  Dördpendirli pizza

Qeyd olunur ki, Rumıniya hökuməti onlar üçün 32 ədəd “F-35A Lightning II” qırıcısı və biri ehtiyat da daxil olmaqla 33 mühərrik almaq niyyətindədir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!