Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun məlumatında bildirilir ki, “Dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib”.
Endryu Şofer Minsk qrupunda amerikalı həmsədr idi, lakin Dövlət Departamentinin son məlumatı göstərir ki, artıq həmsədr yox, “Qafqazda danışıqlar üzrə baş müşavir”dir.
Ermənistan tərəfinin Paşinyanla görüşdə Şoferi “Minsk qrupunun amerikalı” həmsədri kimi təqdim etməsi isə İrəvanın birtərəfli mövqeyidir. Dominos pizza
Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razlaşması çərçivəsində həyata keçirilməsini istəyir.
Asif Nərimanlı
Telegram kanalımız