Amerika Birləşmiş Ştatlarında (ABŞ) son 20 ilin ən böyük zəlzələsi baş verib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, ABŞ Geoloji Tədqiqatlar Mərkəzi Kaliforniya ştatında meydana gələn zəlzələnin 7.1 bal gücündə olduğunu açıqlayıb.
Bu həmin ərazidə son 20 ildə baş vermiş ən böyük zəlzələ kimi qeydə alınıb.
Son 3 gündə həmin ərazidə 3 böyük zəlzələ baş verib.
Zəlzələlər nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Elnarə İlham
Telegram kanalımız