Vaşinqton cümə günü Azərbaycan və Ermənistan arasında mövcud sərhəd gərginliyi fonunda danışıqlara çağırışını təkrarladı.
Dövlət Departamentinin Mətbuat Katibinin müavini Jalina Porter jurnalistlərə açıqlamasında, "Ermənistanla Azərbaycan arasındakı demarkasiya sərhədindəki vəziyyəti diqqətlə izləyirik" - dedi.
“Mübahisəli ərazilərdəki hərbi hərəkatlar məsuliyyətsizdir və bunlar da lazımsız təxribatdır. Əlbətdə bir qədər geri çəkilmə barədə xəbərləri gördük və təsdiqlənərsə, bunu alqışlayırıq, amma Azərbaycanın bütün qüvvələri dərhal geri çəkəcəyini və yeni təxribatlardan çəkinəcəyını gözləyirik, ” - dedi. pizza sifarişi
"Hər iki tərəfi sərhəd məsələlərinə müzakirə və danışıqlar yolu ilə yanaşmağa çağırdıq," - o qeyd elədi. /Turan
Telegram kanalımız