ABŞ Dövlət Departamenti İlham Əliyevlə görüş haqda açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Dövlət Departamenti İlham Əliyevlə görüş haqda açıqlama yaydı

Siyasət

08 Dekabr 2023 08:24 870


ABŞ Dövlət Departamenti Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Departamentinin məlumatında deyilir: 

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn dekabrın 6-da Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə müsbət və konstruktiv görüş keçirib.  Pepperoni pizza

Görüşdə ölkələrimizin dərin tarixi əlaqələri və ikitərəfli münasibətlərin əhəmiyyəti müzakirə olunub.

Dövlət katibinin köməkçisi O’Brayn Prezident Əliyevə bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan Mərkəzi Bankının sədrinin və energetika nazirinin Vaşinqtona gözlənilən səfərlərini alqışlayacaq, habelə Dövlət katibi Antoni Blinken tezliklə Vaşinqtonda sülh danışıqlarının növbəti mərhələsi üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!