ABŞ erməniləri yenə məyus etdi – Qondarma layihəyə 3-cü dəfə veto qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ erməniləri yenə məyus etdi – Qondarma layihəyə 3-cü dəfə veto qoyuldu

Dünya

06 Dekabr 2019 15:50 1109


ABŞ Senatında “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbuluna 3 dəfə veto qoyulub. “Yeni Sabah” xəbər verir ki, üçüncü dəfə respublikaçı senator Kevin Kramer veto hüququndan istifadə edib. 

Bundan əvvəl isə senatorlar Lendsi Qrem və Devid Perdue “erməni soyqırımı” layihəsinin qəbuluna veto qoymuşdu. 

Siyasi şərhçilər hesab edir ki, qondarma soyqırımın yenidən ABŞ-da gündəmə gətirilməsi Vaşinqtonla Ağ Ev arasında münasibətlərin gərginləşməsilə ilə əlaqədardır. Türkiyənin ABŞ-la münasibətinin pisləşməsindən istifadə edən erməni lobbisi növbəti dəfə Vaşinqtonda qondarma soyqırımı rəsmiləşdirməyə çalışır. Lakin ABŞ Türkiyə kimi müttəfiqini itirmək niyyətində görünmür. Qondarma soyqırım sadəcə Ağ Ev təzyiq vasitəsi hesab edilir. Erməni lobbisinin ciddi-cəhdlərinə baxmayaraq praqmatik siyasət lobbi gücünü üstələyib. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!