“İran nə İraqdır, nə Suriya, nə də Əfqanıstan. İran bu 3 ölkədən daha fərqli bir dövlətdir. Ona görə də İrana yanaşma nə İraq, nə Suriya, nə də Əfqanıstan variantı ilə ölçülməməlidir. Əgər bunu oxşar ssenariylə həyata keçirmək istəsələr, bu, çox böyük bir yanlışlıq olar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas, politoloq Sədrəddin Soltan deyib.
Analitik ötən gün İsrail Hərbi Hava Qüvələrinə məxsus dronların İranın hərbi aviasiya mərkəzlərini, o cümlədən hərbi zavodlarını vurmasından, habelə İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi ehtimalından söz açıb. Pepperoni pizza
S.Soltanın fikrincə, İrana münasibətdə indiki vəziyyəti bir az sərtləşdirmək və dərinləşdirmək siyasəti aparılsa, çox yaxşı olar:
“Bu gün İranı iqtisadi cəhətdən blokadaya almaq, sanksiyaları kəskinləşdirmək istiqamətində addımlar atılır, İrana qarşı koalisiyalar yaratmaq, – hansı ki, bu, artıq var – İranla ticarət əlaqələri saxlayan ölkələrlə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçrilməsi və s. olmalıdır. Yəni çoxlu sayda bu tip məsələlər var ki, onları həyata keçirmək olar”.
Siyasi şərhçinin qənaətinə görə, əldə bu tip məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi üçün imkanlar olduğu halda İraq-Suriya-Əfqanıstan variantına əl atmaq bir qədər tələskənlikdir:
“Məsələn, İsrailin İranın hərbi səneaye kompleksləri obyektlərini vurması İranın hərbi qüdrətinə zərbədir. Bu, həm İranın qonşu dövlətləri hədələməsinin qarşısını almaq, həm də İranın Rusiyaya PUA satmasının əngəlləmək üçün atılmış bir addımdır.
Bundan başqa, dünən Qətərin xarici işlər naziri İrana səfər edib. Qətər dövlətinin elan etdiyinə görə, o, ABŞ-ın ismarıclarını İrana aparıb. Yəni səfərin əsas məqsədi ABŞ-ın mesajlarını İran rəhbərliyinə çatdırmaqdır. Bu ismarıc nüvə proqramıyla bağlı deyil, əksinə, ondan kənar bir məsələdir. Deməli, burada daha bir təzyiq vasitəsi ortalığa çıxır. İran hakimiyyətini tutduğu yoldan çəkindirmək, beynəlxalq ictimaiyyətə qarşı bu tip sərt addımlar atmaması, terroru dəstəkləməməsi və bu dövləti pozucu fəaliyyətdən döndərmək üçün İrana qarşı atılan addımlar hələ də tükənməyib. Bu gün Qətər İranla danışar, sabah, o biri gün başqa hakimiyyətin təmsilçisi danışar və s.”
“Ona görə də İranın bombalanması, yaxud İrana qarşı hərbi hücumun təşkil edilməsi və s. – bunun belə bir tezliklə baş verməsi ehtimalı, məncə, çox azdır. Sadəcə olaraq, burada İranın təcrid olunması məsələsi mənə elə gəlir ki, daha aktualdır və bu istiqamətdə addımlar bundan sonra da atılacaq”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız