ABŞ hərbi təyyarələri İrəvan və Bakıya niyə eniş edib?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hərbi təyyarələri İrəvan və Bakıya niyə eniş edib?

Dünya

09 Fevral 2026 16:04 439


ABŞ Hərbi Hava Qüvvələrinin ən azı 20 hərbi nəqliyyat təyyarəsi ABŞ vitse-prezidenti Vensin səfərindən əvvəl Ermənistan və Azərbaycana gəlib.

"Yeni Sabah" xəbər verir ki, bu hesablamanı "Sputnik Armenia" aparıb.

Vens fevralın 9-10-da Ermənistana rəsmi səfər edəcək. O, İrəvandan Bakıya gedəcək. Dominos pizza

Təyyarələrin əksəriyyəti 4-8 fevral aralığında İrəvan və Bakıya gəlib. Monitorinq göstərib ki, Ermənistana 12 hərbi nəqliyyat təyyarəsi gəlib. 9 təyyarə Azərbaycana yola düşüb.

Təyyarələr əsasən ABŞ-dəkı bazalardan Almaniyadakı Ramşteyn hava bazasında yanacaq dolduraraq gəlib. Demək olar ki, bütün uçuşları 77,5 tona qədər faydalı yük tutumuna malik ağır hərbi nəqliyyat təyyarəsi olan "Boeing C-17A Globemaster III" həyata keçirib.

ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyat qüvvələri üçün ixtisaslaşmış hərbi nəqliyyat təyyarəsi olan "Lockheed Martin MC-130J Commando II" İrəvan və Bakıya uçub. Onlar həmçinin Gürcüstana iki uçuş həyata keçiriblər.

Vens özü Olimpiya Oyunlarına 14 təyyarədən ibarət donanmanın tərkibində İtaliyaya gəlmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!