ABŞ-ın ən varlı universiteti məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın ən varlı universiteti məlum oldu

Dünya

16 Fevral 2024 10:20 801


Harvard Universiteti ABŞ-ın ən zəngin universitetləri reytinqində birinci yeri tutub.

Yenisabah.az “Forbes”ə istinadla xəbər verir ki, o, Kollec və Universitet Biznesi üzrə Direktorların Milli Assosiasiyasının siyahısında ilk pilləni tutub.

Harvardın ianə fondunun həcmi təxminən 49,5 milyard dollar təşkil edib. pizza mizza

İkinci yerdə cüzi geriləmə ilə, yəni 45 milyard dollarlıq ianə ilə Texas Universitetidir. Texas Universitetindən oxuyan tələbələrin sayı Harvaddakından təxminən 10 dəfə çoxdur.

Ən zəngin təhsil müəssisələrinin beşliyinə həmçinin Yel (40,7 milyard dollar), Stenford (36,5 milyard dollar) və Prinston (34,1 milyard dollar)  daxildir.

Bu reytinq 1974-cü ildən hər il tərtib edilir. Ümumən reytinq ABŞ-ın 688 kollec və universitetini nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!