Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinkenin G20-dəki görüşünün mümkünlüyünü dəyərləndirib və bu cür danışıqları istisna edib.
Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə XİN sözçüsü açıqlamasında deyib.
Zaxarovanın sözlərinə görə, ABŞ diplomatiyanı ikinci plana atıb və dünyada münaqişələrin genişlənməsinə tərəfdardır. Pepperoni pizza
“İndi sual yaranır: niyə? Çünki onlar bunu bilmirlər və ya diplomatiyaya inanmırlar, yaxud sadəcə ona görə ki, məhv etmək ABŞ-ın xarici siyasətinin məntiqidir”, - Zaxarova bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Lavrovla Blinkenin görüşünün planlaşdırılmadığını açıqlamışdı. Blinken də, öz növbəsində, Lavrovla görüşmək fikrində olmadığını bildirib.
Bundan əlavə, bu gün Zaxarova Rusiya nümayəndə heyətinin G20-də iştirak etmək üçün Nyu-Dehliyə gəldiyini bəyan edib. Onun sözlərinə görə, Moskva nümayəndələrinin işgüzar münasibəti var. Martın 1-2-də Hindistanda G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.
Telegram kanalımız