“ABŞ-ın Süleymaniyə qarşı həyata keçirdiyi əməliyyat terror aktıdır” - Cavad Zərif

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-ın Süleymaniyə qarşı həyata keçirdiyi əməliyyat terror aktıdır” - Cavad Zərif

Dünya

03 Yanvar 2020 08:47 1009


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, sözügedən məsələ ilə bağlı şəxsi “Tvitter" hesabından yazaraq baş verənləri terror adlandırıb:

“ABŞ-ın general Süleymaniyə qarşı həyata keçirdiyi beynəlxalq terror aktı son dərəcə təhlükəlidir və səfeh eskalasiyadır. Çünki general Süleymani İŞİD, “Əl-Nusra”, “Əl-Qaidə”yə qarşı ən effektli mübarizə aparan bir qüvvənin rəhbəri idi”. pizza

Cavad Zərif bildirib ki, İran Süleymaninin öldürülməsinə görə cavab tədbirlərini həyata keçirəcək.

Xatırladaq ki, ABŞ-ın keçirdiyi əməliyyatla Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. 

Qeyd edək ki, Süleymaninin öldürülməsi ilə İranda 3 günlük matəm elan edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!