ABŞ-İran birbaşa danışıları başlaya bilər - Pezeşkian icazə verdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-İran birbaşa danışıları başlaya bilər - Pezeşkian icazə verdi

Dünya

02 Fevral 2026 16:47 399


İran və ABŞ yaxın günlərdə birbaşa danışıqları bərpa edəcəklər.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu diplomatik mənbə bildirib.

Danışıqlara İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edəcək. Lakin məsləhətləşmələrin dəqiq vaxtı və yeri hələ razılaşdırılmayıb. Sezar pizza

Görüş gələn həftənin əvvəlində Ankarada baş tuta bilər.

ABŞ administrasiyası Tehrandan, digər məsələlərlə yanaşı, nüvə proqramından imtina etməsini və raket proqramını məhdudlaşdırmasını tələb edir. Lakin ikinci tələb danışıqlar mövzusu olmaya bilər.

Eyni zamanda, "Fars News" İran prezidenti Məsud Pezeşkianın Tehran və ABŞ arasında yeni danışıqlar raunduna icazə verdiyini digər mənbəyə istinadla təsdiqləyib.

Mənbə vurğulayıb ki, danışıqlar yalnız Tehranın nüvə proqramına yönələcək.

Fars xatırladır ki, İran və ABŞ arasında beş danışıqlar raundu keçirilib. Altıncı raund hələ baş tutmayıb, çünki İsrail, daha sonra isə ABŞ 2025-ci ilin iyun ayında İrana qarşı hava hücumları təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!