ABŞ-İran danışıqları birbaşa deyil

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-İran danışıqları birbaşa deyil

Dünya

06 Fevral 2026 14:29 439


Oman paytaxtında ABŞ-İran danışıqları birbaşa deyil, vasitəçi vasitəsilə davam edir.

"Yeni Sabah" IRIB-ə istinadla xəbər verir ki, İran tərəfini xarici işlər naziri Abbas Əraqçi və nazirin iqtisadi məsələlər üzrə müavini Həmid Qəmbəri təmsil edirlər. 

Qarşı tərəf ABŞ Prezidentinin xüsusi nümyəndəsi Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və CENTCOM komandanı admiral Bred Kuperdən ibarətdir. pizza sifarişi

Tehran və Vaşinqton təmsilçiləri bir-bir Omanın xarici işlər naziri Bədr Əlbusəidə mesajlarını çatdırır və o, tərəflərlə təkbətək görüşdə mövqeləri çatdırır.

Hələlik müzakirələrdə yeganə mövzu İranın nüvə proqramıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!