"The Washington Post" nəşrinə istinadən yayılan məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranda həftələrlə davam edə biləcək quru əməliyyatlarına hazırlaşır.
"Yeni Sabah" xəbər verir ki, planlar çərçivəsində xüsusi təyinatlı qüvvələr və adi piyada bölmələrinin cəlb olunması nəzərdən keçirilir. Bununla belə, ABŞ prezidenti Donald Trump-ın bu əməliyyatlara yekun razılıq verib-verməyəcəyi hələ dəqiq deyil.
Potensial əməliyyatların tammiqyaslı işğaldan daha çox məhdud reydlər formasında ola biləcəyi, hədəflər arasında isə strateji obyektlərin – o cümlədən neft infrastrukturu və sahil hərbi mövqelərinin olduğu qeyd olunur. Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız